Sabahdan ümumrespublika təmizlik marafonu başlayır
Sabahdan ümumrespublika təmizlik marafonu başlayır.
Fhnews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
O bildirib, "Təmiz ölkəm" devizi altında hər həftə sonu keçirilən təmizlik aksiyalarının əhatə dairəsini genişləndirilir: "Artıq hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək Ümumrespublika Təmizlik Marafonuna start verilir".
İ.İbrahimovanın sözıərinə görə, bir neçə ildir davamlı olaraq keçirilən və bütün ölkə ərazisini əhatə edən təmizlik aksiyaları artıq cəmiyyətin müəyyən bir təbəqəsində məsuliyyət ənənəsi formalaşdırıb: "Hesab edirik ki, davamlı təmizlik aksiyaları vətəndaşlarımızda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər birimizin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır".
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...