Sabah Bakıda və Abşeron yarımadasında 39 dərəcə isti olacağı gözlənilir
Azərbaycanda iyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 34-39° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi 755 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, eləcə də şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 21-26°, gündüz 35-39° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...