2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Rusiyanın Marseldəki Baş Konsulluğu yaxınlığında partlayış olub

24-02-2025
IMG

Fransa mətbuatında çıxan xəbərlərə görə, səhər saatlarında Marsel şəhərinin 8-ci məhəlləsində yerləşən Rusiyanın Marseldəki Baş Konsulluğu yaxınlığında partlayış səsi eşidilib.Hadisə yerinə yanğınsöndürən və polis qrupları sövq edilib.

Konsulluq binası ətrafında təhlükəsizlik tədbirləri görülsə də, partlayışın nədən baş verdiyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.Partlayış nəticəsində insan itkisinin olmadığı bildirilib.

Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski “La Marseillaise” qəzetinə verdiyi açıqlamada partlayışın konsulluq sərhədləri daxilində baş verdiyini və yanğına yanğınsöndürmə briqadalarının müdaxilə etdiyini bildirib.

Paylaş: