Rusiyada yanğın 30 avtomobili məhv etdi
Rusiyanın Çita şəhəri Kostyuşko-Qriqoroviç küçəsi 49 ünvanında yanğın baş verib.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, açıq yanğın 700 kvadratmetr sahəni əhatə edib və artıq söndürülüb.
Yanğın nəticəsində içərisində 30 avtomobilin olduğu dayanacaq və yaşayış olmayan ikimərtəbəli ev yanıb.
Hadisənin bütün detallarını müəyyən etmək üçün ərazidə Dövlət Yanğın Müfəttişliyi və Yanğın Laboratoriyasının əməkdaşlarının daxil olduğu istintaq-əməliyyat qrupu işləyir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...