Rusiyada fərdi evdə baş vermiş yanğında 3 uşaq ölüb
Rusiyanın Tula vilayətinin Demidovka kəndində fərdi evdə yanğın nəticəsində üç uşaq ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda bildirib.
“Demidovka kəndində fərdi ev yanıb. Yanğınsöndürmə zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 8 yaşlı qız, 3 və 4 yaşlı oğlanların meyitlərini aşkar ediblər”, – məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, yanğın zamanı uşaqlar evdə təkbaşına olublar. Yanğının söndürülməsinə 15 mütəxəssis və 6 texnika cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...