Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.
Nazirlikdən bildirilib ki, müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Rossiyskiy universitet transporta (MİİT) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.
Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...