2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Rumıniyada gəmidə yanğın olub, ölənlər var

09-08-2024
IMG

Rumıniyanın Nevodar şəhərinin (Konstantsa judetsi) Midiya limanında yerləşən gəmiqayırma zavodunun yanalma körpüsündə təmir işləri aparılan gəminin mühərrik hissəsində baş vermiş yanğın nəticəsində dörd nəfər həlak olub.

Fhnews.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın söndürüldükdən sonra həlak olanların meyitləri gəminin içərisindən tapılıb.

“Yanğın gəmidəki stasionar karbon qazı qurğularından istifadə edilməklə söndürülüb”, – qəzanın fövqəladə hallar üzrə müfəttişliyi bildirib.

Gəminin ev limanı və qurbanların vətəndaşlığı barədə məlumat verilməyib.

Paylaş: