Romada qatarların hərəkətinin dayandırılması gündəlik həyata mənfi təsir göstərib
İtaliyanın paytaxtı Roma və ətraflarında dəmir yollarında yaranan texniki nasazlıqlar səbəbindən şəhərətrafı və şəhərlərarası qatarların hərəkətinin dayandırılması gündəlik həyata mənfi təsir edib. Yerli vaxtla saat 06.30-da Roma ətrafındakı dəmir yollarında baş verən texniki nasazlıq paytaxtda dəmir yolu nəqliyyatını iflic edib.
Nasazlıq səbəbindən şəhərətrafı xətlərdə və Roma-Neapol, Roma-Milan, Roma-Turin sürət qatarlarında gecikmələr olub,bəzi reyslər təxirə salınıb.
İtaliya Dövlət Dəmir Yolları tərəfindən edilən yazılı açıqlamada bildirilib ki, Roma Termini və Roma Tiburtina stansiyaları arasında əlaqənin kəsilməsi səbəbindən Romanın mərkəzində dəmir yolu hərəkəti dayandırılıb.
Sərnişinlər biletlərinin pulunu geri almaq üçün kassaların qarşısında uzun növbələr yaradıblar.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...