Romada yanğın: Dövlət televiziyasının binası təxliyə edilib
İtaliyada baş verən meşə yanğını ilə əlaqədar 4 bina və bir çox ofis, o cümlədən dövlət televiziyası “RAI”-nin yayım mərkəzinin yerləşdiyi bina evakuasiya edilib.
İtaliya Milli Yanğından Mühafizə İdarəsinin dərc etdiyi açıqlamada yanğına on komandanın müdaxilə etdiyi və Monte Mario bölgəsindəki yanğının nəzarət altına alındığı açıqlanıb.Rəsmilər “RAI”-nin yayım mərkəzinin, bir rəsədxananın və 6 iqamətgahın təxliyə edildiyini, yanğın nəticəsində ölən və yaralanan olmadığını açıqlayıb.
Yanğın səbəbindən İtaliyanın ictimai televiziyası RAI günortadan sonra planlaşdırılan canlı yayımını ləğv etməli olub.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...