Roma Papasının vəziyyəti ağır olaraq qalır
Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin səhhətinin kritik olduğu, bu gün səhər saatlarında astma tutması keçirdiyi, bu səbəbdən oksigen dəstəyi aldığı, trombosit sayının aşağı olması səbəbindən qan köçürüldüyü bildirilib.
Vatikan ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə fevralın 14-dən Romadakı Gemelli Xəstəxanasında müalicə olunan və polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papa Fransiskin sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada Papanın səhhətinin kritik olaraq qaldığı bildirilir. Ağrıları çox olsa da, bütün günü kresloda oturaraq keçirdiyi qeyd edilir.
Xatırladaq ki, 88 yaşlı Fransisk fevralın 14-də xəstəxanaya yerləşdirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...