2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Rezidentura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyat prosesinə start verilir

05-09-2024
IMG

Sentyabrın 5-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyat prosesinə start verilir.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər https://portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 10 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Paylaş: