2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Ramazan ayında ən uzun oruc İslandiya və Qrenlandiyada tutulacaq

28-02-2025
IMG

Dünya müsəlmanları Ramazan ayını martın 1-i başlamağa hazırlaşarkən, oruc tutma müddətləri ölkələrin yerləşdiyi yerdən asılı olaraq dəyişəcək.

Ramazan ayının son günü olan martın 29-da İslandiyanın Reykyavik və Qrenlandiyanın Nuuk şəhərlərində ən uzun oruc 15 saat 52 dəqiqə, eyni gündə Çilinin Punta Arenas bölgəsində ən qısa oruc 13 saat 38 dəqiqə olacaq. Bu il dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların oruc tutma vaxtları arasındakı fərq 3 saatı keçməyəcək.

Ramazan ayının ilk günündə ən uzun oruc 15 saat 51 dəqiqə ilə Çilinin Punta Arenas bölgəsində olacaq. Yeni Zelandiyanın Dunedin şəhərində oruc tutmaq 15 saat 7 dəqiqə, paytaxt Vellinqtonda 14 saat 47 dəqiqə, Qrenlandiyanın Nuuk şəhərində isə 12 saat 56 dəqiqə olacaq. Avstraliyanın paytaxtı Kanberrada oruc tutma müddəti 14 saat 27 dəqiqə olacaq.

Finlandiyanın paytaxtı Helsinki, Norveçin paytaxtı Oslo və İsveçin Stokholm şəhərlərində müsəlmanlar 12 saat 53 dəqiqə oruc tutacaqlar.

Cənubi Afrikanın Yohannesburq şəhərində 14 saat 3 dəqiqə, Danimarkanın paytaxtı Kopenhagendə 12 saat 52 dəqiqə, Rusiyanın paytaxtı Moskvada isə 12 saat 52 dəqiqə oruc olacaq.

Ramazan ayının ilk günü digər şəhərlərdə ortalama oruc tutma vaxtları belə olacaq:Hollandiyanın Amsterdam, Polşanın Varşava, İngiltərənin London, Qazaxıstanın Astana və Belçikanın Brüssel, Fransanın Paris, İsveçrənin Sürix, Rumıniyanın Buxarest, Kanadanın Ottava, Bolqarıstanın Sofiya, İtaliyanın Roma və İspaniyanın Madrid şəhərlərində təxminən 12 saat 50 dəqiqə oruc tutulacaq. 

Müsəlmanlar Almaniyanın paytaxtı Berlində 12 saat 52 dəqiqə, İslandiyanın paytaxtı Reykyavikdə 12 saat 56 dəqiqə, ABŞ-nın paytaxtı Vaşinqtonda 12 saat 55 dəqiqə, İndoneziyanın paytaxtı Cakartada 13 saat 31 dəqiqə, Yunanıstanın paytaxtı Afinada 12 saat 55 dəqiqə, Yaponiyanın paytaxtı Tokioda 12 saat  56 dəqiqə, Çinin paytaxtı Pekində 12 saat 55 dəqiqə, Malayziyanın paytaxtı Kuala-Lumpurda 13 saat 19 dəqiqə, İranın paytaxtı Tehranda 12 saat 56 dəqiqə, Əfqanıstanın paytaxtı Kabildə 12 saat 57 dəqiqə, Pakistanın paytaxtı İslamabadda 12 saat 57 dəqiqə, Şri-Lankanın  paytaxtı Kolomboda 13 saat 16 dəqiqə, İraqın paytaxtı Bağdadda 12 saat 58 dəqiqə oruc tutacaqlar.

Paylaş: