2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Rəcəb Tayyib Ərdoğan: “Bütün terror təşkilatlarını məhv edənə qədər dayanmayacağıq”

31-01-2025
IMG

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Təhlükəsizliyimiz üçün böyük əhəmiyyət daşıyan cənubdakı hadisələri diqqətlə izləyir və öz addımlarımızı planlaşdırırıq.” O, bu sözləri partiyasının Antalya da keçirilən 8-ci Konqresində çıxışı zamanı söyləyib. 

"Sərhədlərimiz boyunca yaratmaq istədiyimiz təhlükəsizlik xəttini tamamlayana və bütün terror təşkilatlarını məhv edənə qədər dayanmayacağıq"– deyə prezident vurğulayıb. 

Prezident həmçinin Türkiyə Statistika Qurumunun bu gün açıqladığı 2024-cü ilin dördüncü rübü və ümumi turizm göstəricilərinə də toxunub. Rəcəb Tayyib Ərdoğan deyib ki,rəqəmlərə görə gözlədiyimizdən daha yaxşı nəticələr əldə etdik. Ötən il ölkəmizə 62,3 milyon turist gəlib, turizm gəlirlərimiz isə 61,1 milyard dollar olub. Bölgəmizdə və dünyada baş verən böhranlara və qeyri-müəyyənliklərə baxmayaraq, bu nəticəni əldə etdik. İnşallah, gələcəkdə daha yaxşı nəticələrə nail olacağıq.

Paylaş: