Qorxunc "Asiya Pələngi" xəbərdarlığı
Qızdırmalı xəstəliklərə səbəb olan “Asiya pələngi ağcaqanad”ı bütün Avropada sürətlə yayılır.Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi qızdırmalı xəstəliklərə səbəb olan Asiya Pələngi Ağcaqanadı (Aedes albopictus) kimi tanınan ağcaqanad növünün iqlim dəyişikliyi səbəbiylə Avropanın şimalı, şərqi və qərbində yayılmağa başladığını açıqlayıb. Açıqlamada bildirilib ki, denq qripi, çikungunya və Zika viruslarını ötürməsi ilə tanınan Aedes albopictus Avropada şimal, şərq və qərbə yayılır və hazırda 13 Avropa İttifaqı/Avropa İqtisadi Bölgəsi ölkəsində özünü təmin edən populyasiyaya malikdir.Bəyanatda bu fikirlər yer alıb:
“İqlim dəyişikliyinin ağcaqanad populyasiyasının yaranması və böyüməsi üçün əlverişli ekoloji şərait yaratmaqla Avropada ağcaqanadlarla ötürülən xəstəliklərin yayılmasına böyük təsir göstərəcəyi proqnozlaşdırılır.”
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...