Qlobal istiləşmə Yaponiyanın Fuci dağına da təsirini göstərib
Avropa Birliyinin “Copernicus” peyk izləmə sisteminə görə, 2024-cü ilin tarixdə ən isti il olacağı bəlli olub. Yaponiyanın məşhur Fuci dağında 130 illik rekord qırılıb və ilin ilk qarı bu qədər gec yağıb. Çoxdan gözlənilən qar çərşənbə axşamı yağıb. Adətən oktyabrın əvvəllərində dağ qarla örtülürdü.
Mütəxəssislər iqlim böhranının Yaponiyanın yaşadığı qeyri-adi temperaturda təsirli olduğuna diqqət çəkirlər. Üstəlik, həddindən artıq istilər təkcə Yaponiyaya aid deyil. Bu yay qlobal temperatur rekordları ardıcıl iki dəfə yenilənib.
Alimlər indi əmindirlər ki, 2024-cü il tarixdə ən isti il olacaq. Kopernik iqlim dəyişikliyi xidmətinə görə, bu, qlobal temperatur rekordlarında yeni bir mərhələdir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...