2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

"Qladiatorlar şəhəri" olan Stratonikiya  Roma hamamı

09-02-2025
IMG

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan və dünyanın ən böyük mərmər şəhərləri arasında “qladiatorlar şəhəri” kimi tanınan Muğlanın Yatağan rayonundakı Stratonikiya Qədim Şəhərinin Roma hamamının həyətində aparılan qazıntılar zamanı üzə çıxarılan sütunlar qaldırılaraq ziyarətə açılıb. Tarixi abidənin hekayəsi də maraq doğurur. Stratonikiya antik şəhəri Anadolunun qərbində qərar tutan Muğla rayonunda yerləşir. İnsanlar burada Tunc dövründən məskunlaşıblar. Amma onu digərlərindən fərqləndirən ən mühüm xüsusiyyət odur ki, Muğlada bir neçə dövrü eyni vaxtda görmək mümkündür. Çünki burada antik dövrdən başlayaraq Roma, Bizans, Səlcuq, Osmanlı və Türkiyə cümhuriyyəti dövrlərini bir-birinə bağlı və hamısını vəhdət şəklində görmək olur.

Stratonikiya antik şəhəri 3000 illik xarabalıqlar üzərindədir. Adi şəhərlərdən çox fərqlidir. Keçmişlə bu gün harmoniya yaradır şəhərdə... Bir tərəfində ellinizm dövrü antik teatrı, bir tərəfində Roma dövrünə aid parlament binası (bouleuterion), bir tərəfində Osmanlı dövrünə aid məscid var. Dünyada Stratonikiya kimi başqa bir antik şəhər yoxdur ki, eyni yerdə eyni zamanda müxtəlif dövrlərə aid bu qədər çox tikili olsun. Buna görə də Stratonikiya UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Bir sıra mənbələrdə Stratonikiya dünyanın ən böyük mərmər antik şəhəri kimi tanınır. Herodot, Strabon və Pausanias öz əsərlərində bu yer haqqında yüksək fikirlər söyləyiblər. Stratonikiya həm də qladiatorlar şəhəri kimi tanınıb. Çünki qladiatorlar bu döyüşlərdən azad olandan sonra burada təlim keçib və məskunlaşıblar.

Paylaş: