Qızıl örtüklü zeytunlar alıcılara təqdim edilib
Türkiyədə 31-ci Beynəlxalq Gəmlik Zeytun Festivalında iştirakçılara qızıl örtüklü zeytun təqdim edilib. Gəmlik və İznikdə yetişdirilən məhsullardan əldə edilən qızıl örtüklü yeməli zeytun qutuda 24 ədəd olaraq təklif olunur. Təxminən 100 qram ağırlığında bir qutu zeytun Qətər, Dubay, Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrində müştərilərə 300 dollara satılır. İki illik iş nəticəsində ortaya çıxan patentli qızıl zeytun Gəmlikdə istehsal olunur və bölgənin tanıdılmasına öz töhfəsini verir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...