Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 6 uşaq ölüb
Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 4-9 yaş arası 6 uşaq ölüb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Çuy vilayətinin Daxili İşlər İdarəsindən məlumat verilib.
"Çuy vilayətinin Jiyıl rayonunda, Altın kəndi yaxınlığında içərisində 8-i uşaq olmaqla 11 nəfərin olduğu "Volkswagen" markalı avtomobil gölə düşüb", - idarənin nümayəndəsi bildirib.
İlkin məlumata görə, sürücü idarəetməni itirib.
"Hazırda iş araşdırılır", - Daxili İşlər İdarəsi əmin edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...