QHT Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələri elan edib
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələri elan edib.
Fhnews.az xəbər verir ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2025-ci il noyabrın 25-də başlanılıb.
Qrant müsabiqəsi üçün müraciət isə dekabrın 25-də yekunlaşacaq.
Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2025-ci ilin birinci rübü ərzində elan olunacaq.
Müsabiqə barədə linkə keçid edərək daha ətraflı məlumat almaq mümkündür.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...