Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib
Şanxay Əməkdaşlıq Təşkilatı Sammitinin başa çatmasından sonra Astana, Almatı, Qaraqanda və Kökşetau şəhərlərində orta “sarı” səviyyəli terror təhlükəsi ləğv edilib.
Fhnews.az xəbər verir ki, bu barədə Respublika Terrorizmlə Mübarizə Operativ Qərargahının mətbuat xidməti məlumat yayıb.
Qərargahdan bildirilib ki, güc strukturlarının bölmələri adi iş rejiminə keçib.
Qeyd edək ki, iyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinin keçirildiyi obyektlərdə və xüsusi mühafizə olunan şəxslərin hərəkət marşrutlarında xüsusi hüquqi rejim tətbiq edilmişdi.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...