Qazaxıstanda bunkerdə faciə, ölənlər var
Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.
Fhnews.az Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.
“Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar”, - məlumatda qeyd olunub.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.
Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...