2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Qazaxıstan Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər hazırlayır
 

11-02-2025
IMG

Xəzər dənizinin və Ural çayının səviyyəsinin azalmasının infrastruktur və hasilat müəssisələrinə təsirini minimuma endirmək üçün Qazaxıstanda elmi institutlar və beynəlxalq ekspertlərlə birgə tədbirlər hazırlanır.

Fhnews.az Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə hökumət nümayəndələrinin iştirakı ilə keçirilmiş Qazaxıstan Xarici İnvestorlar Şurasının üzvlərinin ümumi iclasında məlumat verilib.

Qeyd olunub ki, su ehtiyatlarının qorunmasını təmin edəcək effektiv həllərin tətbiq edilməsinə yönəlmiş adaptasiya strategiyası üzərində işlər gedir.

Paylaş: