Qazaxıstan və Özbəkistan yeni hava dəhlizi açıb
Qazaxıstan və Özbəkistanın hava məkanından keçən yeni T916 marşrutu açılıb.
Fhnews.az Qazaxıstanın Mülki Aviasiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Avropadan Cənub-Şərqi Asiyaya uçuşlar üçün əlavə marşrutlardan biridir.
Marşrut açıldığı gündən etibarən Avropadan Cənub-Şərqi Asiyaya 19 uçuş həyata keçirilib.
İstifadəçilərin yeni marşruta alışması bir qədər vaxt tələb etdiyindən yay mövsümünün sonuna doğru uçuşlardan daha çox istifadə olunacağı gözlənilir.
T916 hava dəhlizinin ümumi uzunluğu 2187 km-dir. Dəhlizin 437 km-i Özbəkistanın, qalan 1750 km-i isə Qazaxıstanın hava məkanından keçir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...