Qazaxıstan kosmik tədqiqatlarda iştirak etmək niyyətindədir
Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi kosmosun öyrənilməsi sahəsində planlarını açıqlayıb.
Fhnews.az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, nazirliyin bəyanatına əsasən, Qazaxıstan təkcə Ay layihələrində iştirak etmək deyil, həm də digər kosmik obyektləri fəal şəkildə tədqiq etmək niyyətindədir.
Qazaxıstanın əsas töhfəsi yerli Ay ətrafı teleskopun hazırlanması və buraxılmasından ibarət olacaq.
“Aydakı layihələrə əlavə olaraq, Qazaxıstan müxtəlif beynəlxalq layihələr çərçivəsində asteroidlərin və ümumiyyətlə kosmik fəzanın tədqiqində fəal iştirak edir. Biz bu iddialı məqsədləri həyata keçirmək üçün yeni texnologiyalar inkişaf etdirməyə və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməyə çalışırıq”, - deyə nazirlik qeyd edib.
Xüsusi diqqət Çinlə əməkdaşlığa yönəldilib. Qazaxıstan və Çin alimləri arasında təcrübə və bilik mübadiləsi, həmçinin Qazaxıstan mütəxəssislərinin Çinin istehsal sahələrində təlim və təcrübə keçməsi gözlənilir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...