Qazaxıstan aviaşirkəti Aktaudan Bakıya reyslərin sayını artırıb
Qazaxıstanın aşağı büdcəli “FlyArystan” şirkəti yay üçün yeni uçuş cədvəlini açıqlayıb.
Fhnews.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, aviaşirkət Aktaudan Bakıya həftəlik uçuşların sayını artırıb.
Belə ki, iyulun 16-dan avqustun 30-na qədər aviareyskər həftənin cümə günləri də yerinə yetiriləcək. İndiyə qədər bu istiqamətdə uçuşlar çərşənbə və bazar günləri həyata keçirilirdi.
Uçuşlara biletləri oktyabrın 23-nə qədər əldə etmək olar.
“FlyArystan”, həmçinin Astanadan Bakıya həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri reyslər yerinə yetirir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...