Qazax rayonunun azad olunan dörd kəndində Azərbaycan Bayrağı ucaldılıb (video)
Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülən Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb, Dövlət Himni oxunub.
Fhnews.az Azərbaycan Bayrağının qaldırılmasına dair videogörüntüləri təqdim edir.
Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aparılan işlər nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən olunub. Bununla da Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrımın, Aşağı Əskiparanın, Xeyrımlının və Qızılhacılının ərazilərinin (6,5 kvadratkilometr) Azərbaycana qaytarılması təmin edilib.
Almaniya Prezidenti Frank-Valter...
Azərbaycan-Avropa İttifaqı...
Ceyhun Bayramov İran Prezidentinin...
Azərbaycanın təşəbbüsü ilə BMT-də mina...
Azərbaycan ilə İran arasında ikitərəfli...