Qarabağ Universitetində payız semestrinin ilk aralıq imtahanları başlayıb
Qarabağ Universitetində payız semestrinin ilk aralıq imtahanları başlayıb.
Universitetdən verilən məlumata görə, aralıq imtahanlarının məqsədi tələbələrin tədris prosesi müddətində əldə etdikləri nəzəri biliklərin və praktiki bacarıqların sınaqdan keçirilməsidir.
İmtahan sualları tədris planına uyğun olaraq hər bir fənnin təlim nəticələrinə (FTN) və Blum taksonomiyasının daha yüksək səviyyəli mərhələlərinə (təhlil, yaratma və tətbiqetmə) əsasən hazırlanır.
Qeyd edək ki, imtahanların sonunda tələbələrin nəticələri təhlil edilərək onların müvafiq fənlərdə nəzərdə tutulan təlim nəticələrini nə dərəcədə mənimsədikləri müəyyən olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...