2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Qarabağ Universiteti tələbələri Xankəndiyə gəliblər

17-09-2024
IMG

Sentyabrın 16-dan Qarabağ Universiteti tələbələri Xankəndiyə gəlməyə başlayıblar.

Qarabağ Universitetindən verilən məlumata görə, tələbələrin universitetin nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.

Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.

Tələbələrin Xankəndiyə gəlişi prosesi mərhələli şəkildə sentyabrın 22-dək davam edəcək.

Paylaş: