Qahirədə dünyanın ən böyük arxeoloji muzeyi açılır
Dünyanın ən qiymətli arxeoloji tapıntılarına ev sahibliyi edən Qahirədəki Böyük Misir Muzeyi 20 illik aradan sonra qapılarını ziyarətçilərin üzünə açır. Muzeydə 500.000 kvadratmetr sahədə Kral Tutankhamonun “lənətlənmiş” qızıl maskası və sarkofaq da daxil olmaqla 100.000-dən çox eksponat saxlanılır.
Burada 83 tonluq II Ramzesin heykəli, qədim padşahların və tanrıların heykəllərinin heyranedici görüntüsü, Böyük Piramidanın qurucusunun anası Kraliça Heteferin zərif xəzinələri, həmçinin onun mərmər sarkofaqı, Kralın daş-qaşları, həmçinin Khufunun möhtəşəm sidr qayığını görmək olacaq. Muzeydə 3000 ildən çox keçmişə aid sənət əsərlərini ehtiva edən on iki qalereya var. Qeyd edək ki, buranın inşası 2005-ci ildə başlayıb, lakin 2011-ci ildə Ərəb Baharı zamanı dayandırılıb.
2014-cü ildə tikintisi təkrar başlayan muzey nəhayət açılır.Layihə 1,3 milyard dollara başa gəlsə də, dünyanın hər yerindən turistləri cəlb etməklə muzeyin Misir iqtisadiyyatını stimullaşdıracağına ümid edilir .
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...