Qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti tarixi uğura imza atıb
Qadın futbolçulardan ibarət Azərbaycan millisi daha bir tarixi uğura imza atıb.
Fhnews.az xəbər verir ki, daha əvvəl Millətlər Liqasında B divizionuna yüksəlməklə ölkə futbolunun tarixinə düşən Siyasət Əsgərovun komandası bu dəfə Avropa çempionatının seçmə mərhələsində ilk dəfə pley-offa vəsiqə qazanıb.
B Liqasının 1-ci qrupunda mübarizə aparan yığma son oyunda İsveçrə seçməsinə 0:5 hesabı ilə uduzaraq sonuncu olsa da, pley-offa yüksəlib.
Bu raundda ümumilikdə 28 komanda final mərhələsinə son 7 vəsiqə uğrunda mübarizə aparacaq. İki raunddan ibarət olan pley-off mərhələsinin püşkü iyulun 19-da atılacaq. Əvvəlcə 28 komanda 14 cütlük təşkil edəcək. Ardınca isə qalib yığmalar Avropa çempionatına son 7 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Azərbaycan millisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Yığmanın potensial rəqibləri Portuqaliya, Şotlandiya, Uels, Serbiya, Ukrayna və Şimali İrlandiya kollektivləridir.
Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 2025-ci il iyulun 2-dən 27-dək 16 ölkə yığmasının iştirakı ilə İsveçrədə keçiriləcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...