2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Qədim Misir məbədində tapılan qızılla dolu qab: 2600 illik sirr...

07-03-2025
IMG

Arxeoloqlar Qədim Misir məbədində qızıl zinət əşyaları və bir tanrı ailəsinin heykəlciklərinin olduğu 2600 illik  qab aşkar ediblər.

Artefaktlar Qədim Misirin ən mühüm məbədlərindən biri olan Karnak məbəd kompleksində aşkar edilib. Luksor yaxınlığındakı kompleks təxminən 4000 il əvvəl tikilib və sonradan min ilə yaxın müddət ərzində saxlanılıb, təmir edilib və yenilənib. Misir Turizm və Tarixi Abidələr Nazirliyindən verilən açıqlamada, arxeoloji qazıntılar sahəsində tapılan əsərlər arasında muncuq, amulet və heykəlciklərin çoxunun qızıldan olduğu bildirilib. Misirin Turizm və Tarixi Abidələr Nazirliyinin Arxeologiya sektorunun rəhbəri Mohamed Abdel-Badii deyir ki, zərgərlik kolleksiyası Qədim Misir tanrılarının heykəllərindən, həmçinin qızıl və metaldan hazırlanmış üzüklərdən ibarətdir.

Üçlü heykəlcikdə Fivanın baş tanrısı Amon, onun arvadı və ana ilahə Mut, onların oğulları və Ay tanrısı Xons yan-yana durub. Tədqiqatçılar bildirirlər ki, heykəlciklər, ehtimal ki, amulet kimi boyuna taxılan zinət əşyalarının bir hissəsidir.

Heyvan formasında tanrıları təmsil edən metal broş və artefaktlar, həmçinin bəziləri qızılla örtülmüş və Qədim Misirin 26-cı sülaləsinin əvvəlinə aid bir sıra muncuqlar da aşkar edilib.

Paylaş: