2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Qəbələdə külək talvarı avtomobillərin üzərinə aşırıb (foto)

14-12-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Mirzəbəyli kəndi ərazisində güclü külək nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsində talvarın avtomobillərin üzərinə aşması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.

Xilasedicilər tərəfindən ərazidə müvafiq tədbirlər görülərək yaranmış təhlükə aradan qaldırılıb.

Paylaş: