Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru ilə görüşüb YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Fhnews.az xəbər verir ki, dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirdi.
Salim bin Məhəmməd əl-Maliki, öz növbəsində, COP29-un yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə etdi.
Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Bu xüsusda Prezident İlham Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Maliki ilə görüşünün onda çox xoş təəssüratlar doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə ICESCO-nun Baş direktoruna minnətdarlığını bildirdi.
Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev İran...
Prezidentin Mətbuat Xidmətinin məlumatı...
Birinci vitse-prezident Mehriban Əliyeva...
Prezident İlham Əliyev 31 Mart –...
Prezidentin Mətbuat Xidmətinin məlumatı...