2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Pompeydə sirli kəşf

26-02-2025
IMG

İtaliyanın Neapol şəhəri yaxınlığındakı Antik Pompey şəhərində aparılan qazıntılarda Yunan mifologiyasının tanrılarından biri olan Dionisin həyatından səhnələri əks etdirən freskanın yer aldığı “Sirlər villası” aşkar edilib. Yerli mətbuatda yer alan xəbərlərdə qədim şəhərin IX Regio bölgəsində aşkar edilən tapıntı zamanı “Sirlər villası” adlı iqamətgahın üzə çıxarıldığı bildirilib. İqamətgah böyük ziyafət zalı olub və bu zalda yunan mifologiyasında şərab, məhsul, əyləncə və teatr tanrısı Dionisin həyatından səhnələri əks etdirən böyük freska olub.

Sözügedən freskanın Dionisin sirləri haqqında yeni məlumatlar verdiyi və mühüm tapıntı hesab edildiyi bildirilib.  Vezuvi vulkanının kütləvi püskürməsi zamanı lava və küllər altında basdırılan Qədim Pompey şəhərində arxeoloqların qazıntıları davam edir. Arxeoloqlar zaman-zaman mühüm kəşflər etməklə yanaşı, böyük partlayışda ölənlərin qalıqlarını da üzə çıxarırlar.

Qeyd edək ki, Neapol yaxınlığındakı Pompey hər il minlərlə turistin İtaliyada ən çox ziyarət etdiyi yerlərdən biridir.

Paylaş: