2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Pol Kaqame yenidən Ruanda prezidenti seçildi

16-07-2024
IMG

Ruandada Vətənpərvər Cəbhə Partiyasının sədri və hazırkı prezident Pol Kaqame yenidən ölkə başçısı seçilib.

Ruanda seçki rəsmiləri ilkin nəticələrə görə Kaqamenin 99,15 faiz səs toplayaraq yenidən 5 il müddətinə seçildiyini açıqlayıb.Səslərin 79 faizini təşkil edən ilkin nəticələrə görə, Kaqamenin rəqibləri müxalif Ruanda Demokratik Yaşıllar Partiyasından Frank Habineza və müstəqil namizəd Filip Mpayimana 1 faizdən az səs toplayıb.Yekun nəticələrin iyulun 27-də açıqlanması gözlənilir.

Qeyd edək ki, Kaqame 2000-ci ildən prezidentdir.

Paylaş: