2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

PMS imtahanının ikinci mərhələsi keçirilib
 

21-12-2024
IMG

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi peşəkar mühasib sertifikatı (PMS) imtahanının ikinci mərhələsini (qanunvericilik üzrə) keçirib.

Mərkəzdən bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 9 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 25 imtahan rəhbəri, 195 nəzarətçi, 31 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün imtahanın nəticələri yaxın 6 həftə ərzində elan olunacaq.

Paylaş: