2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Peter Bekker COP29-da Azərbaycana təşəkkür edib
 

14-11-2024
IMG

Hazırda COP29 iqlim sammitinin “Xəzər” zalında keçirilən “Karbonsuzlaşdırma həlləri üzrə aparıcı güc” mövzusunda plenar iclasda çıxış edən Dayanıqlı İnkişaf üzrə Ümumdünya Biznes Şurasının (“World Business Council for Sustainable Development” - WBCSD) icraçı direktoru Peter Bekker məruzə ilə çıxış edib.

Fhnews.az xəbər verir ki, WBCSD-in icraçı direktoru çıxışına “Çox sağ ol, Azərbaycan!” sözləri ilə başlayıb və COP29 iqlim konfransının təşkilatçılarına, həmçinin iqlim gündəliyinə sadiq olan hər kəsə təşəkkürünü bildirib.

Paylaş: