Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib
Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Peşəkar Çövkən Liqasında mövsümə yekun vurulub.
Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində son turun oyunları, 3-cü yer və çempionluğu müəyyən edəcək həlledici qarşılaşmalar baş tutub.
Günün ilk görüşündə “Elit” komandası “Şirvan”ı 5-0 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmalarda “Omar” “Qarabağ”ı 7, “Zəfər” “Ağstafa Dilbaz”ı 5, “Polad” “Köhlən”i 12 cavabsız qolla üstələyib.
Günün son, mövsümün isə final matçında “Sərhədçi” “Embavud” üzərində 13-0 hesablı qələbə qazanaraq çempionluq tituluna yiyələnib.
18 tur ərzində keçirilmiş ümumilikdə 90 oyunda əldə edilən nəticələrə əsasən, Peşəkar Çövkən Liqasını “Sərhədçi” birinci, “Polad” ikinci, “Zəfər” isə üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dekabrın 14-24-də çövkən üzrə ənənəvi Prezident Kuboku keçiriləcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...