Peruda zəlzələ baş verib
Cənubi Amerika ölkəsi Peruda 6,2 bal gücündə zəlzələ baş verib.
Fovqaladexeberler.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) episentri Perunun İray bölgəsində olan 6,2 bal gücündə zəlzələnin yerin 93,4 kilometr dərinliyində baş verdiyini bildirib.
Zəlzələdən sonra can və mal itkisi ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...