Peruda aparılan araşdırmalarda 27 yeni heyvan növü aşkar edilib
Peru Amazonlarında 27 yeni növ, o cümlədən pəri ayaqlı amfibiya siçanları, kəpənəklər və balıqlar aşkar edilib.
ABŞ-da yerləşən “Conservation International” qeyri-kommersiya təşkilatının hesabatına görə, 2022-ci ilin iyun-iyul aylarında tədqiqatçılar müxtəlif araşdırmalar aparmaq üçün Perunun Alto Mayo bölgəsindəki Amazon meşələrinə 38 günlük ekspedisiya təşkil ediblər.
Ekspedisiyaya rəhbərlik edən “Conservation International”ın Biomüxtəliflik və Ekosistem Elmi üzrə Baş Direktoru Trond Larsen verdiyi açıqlamada 4 məməli, 8 balıq, 3 amfibiya və 10 kəpənək olmaqla 27 yeni növ kəşf etdiklərini bildirib.
Larsen pərdəli ayaqları ilə üzən amfibiya siçanının kəşf edilməsinin şok və həyəcan verici olduğunu söyləyərək, "Bu növlərin çoxu olduqca nadirdir və toplamaq çətindir. Bu onlara məməlilər mütəxəssisləri arasında demək olar ki, əfsanəvi bir status verir"-deyib.
Aşkar edilən canlılar arasında quruda uzun müddət yaşaya bilən bataqlıq balığı və soğanlı burunlu zirehli yayın balığı da var.
Bu arada araşdırma çərçivəsində tapılan 48 növün yeni növ olub-olmadığını müəyyən etmək üçün analizlərin davam etdiyi bildirilib.
Digər tərəfdən, Beynəlxalq Təbiəti Mühafizə Birliyinin qırmızı siyahısına salınan və nəsli kəsilməkdə olan 49 növ də tədqiqat çərçivəsində sənədləşdirilib.
Tədqiqat zamanı həmçinin 2000-dən çox canlı təbiət və bitki növü qeydə alınıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...