2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Perqament harada icad edilib?

24-01-2025
IMG

Möhkəm bir kağız növü olan perqamentin Türkiyədə-Berqamada icad edildiyini bilirsinizmi? Dəriyə yazı yazmağı tapan Berqama Krallığında papirüsdan sonra daha rahat bir kağız icad ediblər və ona perqament, yəni “Berqama kağızı" adını veriblər.  Eramızdan əvvəl II əsrdə Misir hökuməti papirüs ixracatını qadağan edir. Bundan sonra məlumatların qorunması və kitab sayının artırılmasına əhəmiyyət verən Berqama Krallığı papirüsa alternativ bir yazı maddəsi tapılmasını tapşırır. Dövrün alimləri və ədəbiyyatçıları sardesli Krates və İrodikos krala qurudulmuş keçi və oğlaq dərisi üzərində yazı gətirirlər.

  Berqama və İskəndəriyyə kitabxanaları arasında ən çox kitaba sahibolma mübarizəsi də elə bu dövrdən - perqamentin icadından sonra başlayır.  Ellenistik dövrdə perqament ilk dəfə Berqamada ortaya çıxdığı üçün bütün dillərdəki perqament sözü də adını bu şəhərdən alıb.Perqament yazı tarixi üçün bir dönüş nöqtəsi və mədəni inkişafın başlıca addımlarından biri olub.

Paylaş: