Paytaxtın yolları qardan təmizlənir
Artıq bir neçə gündür ki, paytaxtda şaxtalı-qarlı hava şəraiti və intensiv qar yağması ilə əlaqədar Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eyni zamanda, qurumların kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, dünəndən etibarən intensiv yağan qarın təmizlənməsi istiqamətində operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilir. Qardan təmizləmə işləri, həmçinin ətraf qəsəbələrdə də aparılır.
Səhər saatlarından kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirirlər.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...