Paytaxt üzrə bağçalara qəbul başlanır
İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbula başlanılır.
Fhnews.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bağça seçiminə 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-dən, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-dən etibarən start veriləcək.
Bildiririk ki, qeyd edilən boş yerlər üzrə növbələr 5 gün keçdikdən sonra sorğuya çevriləcək.
Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...