Payız-qış mövsümündə TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin qrip əleyhinə vaksinasiyası aparılıb
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə vaksinasiya davam etdirilir. 2023-2024-cü il payız-qış mövsümü ərzində bu müəssisələr üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.
Fhnews.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydanaçıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunan müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.
Məlumatda bildirilir ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...