Paris Olimpiadasının finalçıları Milli Gimnastika Arenasında ustad dərsi keçiblər
“Paris-2024” Yay Olimpiya Oyunlarının finalçıları, Avropa birincisi və dünya üçüncüsü olan Azərbaycanın qrup hərəkətləri komandasının üzvləri Milli Gimnastika Arenasında ustad dərsi keçiblər.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, dərs müddətində kiçikyaşlı gimnastlara hərəkətlərin ardıcıl icrası, dözümlülük və balansın düzgün tətbiqi, alətlərin idarəolunması və özünəinamlı çıxışın sirləri haqda nəzəri və praktiki biliklər öyrədilib.
Sonda komanda üzvləri iştirakçılara öz avtoqraflarını təqdim ediblər.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...