Paris-2024: Triatlon yarışı Sena çayında suyun çirkli olması səbəbindən təxirə salınıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının triatlon yarışı Sena çayında suyun keyfiyyətinə görə təxirə salınıb.
Fhnews.az "World Triathlon"a istinadən xəbər verir ki, bu gün baş tutmalı olan yarış suyun çirkli olması səbəbindən keçirilməyəcək.
Sentyabrın 2-nə qədər suyun keyfiyyəti normalara cavab verərsə, yarışın reallaşması mümkün ola bilər.
Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının triatlon yarışları da Sena çayında suyun keyfiyyətsizliyi səbəbindən təxirə salınmışdı.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...