"Paris-2024": Azərbaycan triatlonçusunun iştirak edəcəyi yarış yenidən təxirə salınıb
"Paris-2024" Yay Olimpiya Oyunlarında iyulun 30-da keçirilməli olan triatlon yarışı yenidən təxirə salınıb.
Fhnews.az xəbər verir ki, buna səbəb yarışın təşkil olunacağı Sena çayında çirklənmənin həddindən artıq yüksək olmasıdır.
Əslində triatlon yarışına ötən gün start verilməli idi. Amma Sena çayındakı suyun keyfiyyəti aşağı olduğundan yarış bu günə təxirə salınmışdı.
Yarışdan əvvəl suyun Dünya Triatlonunun müəyyənləşdirdiyi standartlara uyğunluğu yoxlanılacaq.
Qeyd edək ki, Azərbaycanı triatlon yarışında Rostislav Pevtsov təmsil edəcək.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...