Paris-2024: Azərbaycan taekvondoçusu qələbə qazanıb
Azərbaycan taekvondoçusu Qaşın Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, 58 kiloqramda çıxış edən idmançı 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşıb. Rəqibini 2:0 (7:4, 12:6) hesabı ilə məğlub edən taekvondoçumuz adını növbəti raunda yazdırıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...