"Paris-2024": Azərbaycan atleti finala vəsiqə qazanıb
Azərbaycanın daha bir idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fhnews.az xəbər verir ki, çəkicatma üzrə yarışda Anna Skidan təsnifat mərhələsində çıxış edib. Atletimiz 72,55 metr nəticə ilə A qrupunda 3-ü, ümumi sıralamada isə 6-cı yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsi avqustun 6-da olacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...