Panamada Darien Gap adasını keçən on miqrant boğulub
On sənədsiz miqrant Panamada Darien Gap adasını keçməyə cəhd edərkən boğulub.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Milli Sərhəd Xidməti məlumat verib. Bildirilib ki, bu ərazi miqrantlar üçün olduqca təhlükəlidir. Cəngəllik və palçıqlı yolların olması onlar üçün riskli vəziyyət yaradır.
Panama səlahiyyətliləri miqrantlara yaradılmış alternativ humanitar dəhliz vasitəsilə miqrasiyanı həyata keçirməyi tövsiyə edib.
Panama Milli Miqrasiya Xidmətinin məlumatına görə, 216 mindən çox miqrant bu il ərzində Mərkəzi Amerika və Meksikanı keçərək ABŞ-a çatmaq üçün təhlükəli səyahət edib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...